16 Dekabr, 2016
Quba-Xınalıq yolunda qar uçqunu olub

Ötən gün axşam saatlarında  Quba-Xınalıq yolunda qar uçqunu baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, uçqun yolun 36-cı kilometrliyində qeydə alınıb. Bu səbəbdən yolda hərəkət 20 dəqiqə məhdudlaşıb. “Azəravtoyol” ASC-nin yerli idarəsinin növbətçi briqadası əraziyə cəlb olunub. Qısa müddətdə yolda hərəkəti bərpa etmək mümkün olub. Hazırda ərazidə külək müşahidə olunduğu üçün yenidən qar uçqunlarının olma ehtimalı qalır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!