23 Noyabr, 2016
Kukla Teatrında premyera olacaq

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanıb. Teatrın mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, alman romançı, bioqrafiya yazarı Stefan Sveyqin “Yad qadının məktubu” novellası əsasında hazırlanan “Unudulmuş kukla” səhnə əsəri böyük yaş qrupu tamaşaçılar və festivallar üçün nəzərdə tutulub.

Tamaşa dekabrın 2-də ilk premyerası ilə teatrsevərlərin ixtiyarına veriləcək. Səhnələşdirəni və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədova olan tamaşanın əsas ideyası bir qadının cavabsız sevgisidir. Zibillikdə tapdığı  oyuncaqla özünün bütün daxili sarsıntılarını tamaşaçıya ustalıqla ifadə edən qadın sonda özünü əbədi zülmətə qərq edir.

“Unudulmuş kukla” tamaşasında Cəmilə Allahverdiyeva (Qadın) və Elmira Hüseynova (Səfil) rol alıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!