22 Noyabr, 2016
İspanaq qanın turşuluğunu azaldır

İspanağın tərkibi qida maddələri ilə zəngindir. Qırmızı qan kürəciklərini artırır. Bədənə soyuqluq və rütubət verir, mədəni yumşaldır və həzmi sürətləndirir. Qan azlığı olan xəstələr  və hamilə qadınlar üçün münasib qida hesab  edilir. Böyrək xəstilikləri zamanı faydalıdır. Qanın turşuluğunu azaldır, əzələ və sümükləri bərkidir. Uşaqların iştahasını açmağa kömək edir. Qidalılığı başqa göyərtilərdən çoxdur. Sinə ağrısına  qarşı münasib yeməkdir. Suyu ilə boğazı qar –qara edirlər. Yaşlılar, babasili olanlar və oturaq  həyat  keçirənlər ispanaq yeməlidirlər. Şirəsinə şəkər qatıb içdikdə sidikqovucu təsir göstərir. Bişmişi başağrısı üçün münasibdir. Onu bişirəndən sonra təpitmə kimi oynaq ağrıları və şişlərə qarşı işlədirlər, çiy halda çibanı yetişdirmək üçün faydalıdır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!