7 May, 2011
Jurnalistlər qan verdilər

Aksiya zamanı Parlament Jurnalistlər Birliyinin üzvləri, AzərTAc-ın və AQAC-ın əməkdaşları qan veriblər.

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) təşəbbüsü və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) təşkilatçılığı ilə mayın 7-də B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda könüllü qanvermə aksiyası keçirilib.

Simsar.az AzərTAc-a istinadən xəbər verir ki, aksiya zamanı Parlament Jurnalistlər Birliyinin üzvləri, AzərTAc-ın və AQAC-ın əməkdaşları qan veriblər.


İnstitutun direktoru Azad Hacıyev bildirib ki, hər yerdə olduğu kimi, Azərbaycanda da irsi qan xəstəlikləri geniş yayılıb. Talassemiyalı, onkoloji, böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin, cərrahiyyə əməliyyatı, doğuş zamanı, yol qəzası kimi hallarda donor qanına həmişə ehtiyac var.


AQAC-ın sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova aksiyanın Şuşanın işğalı günü ilə əlaqədar keçirildiyini bildirib. Donorluğu böyük savab sayan M.Qaraxanova bütün insanları qan verib xəstələri xilas etməyə çağırıb.

Toplanan qan laboratoriyada yoxlanıldıqdan sonra talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsinə sərf olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!