1 Aprel, 2015
“Simurq” AZAL-ı üstələdi

Bu gün Topaz Premyer Liqasında 27-ci turun oyunlarına start verilib. Simsar.az xəbər verir ki, günün ilk matçında “Simurq” AZAL-ı qəbul edib. Oyunda yeganə qol meydan sahiblərindən gəlib. Draqan Çeran penaltidən fərqlənib.

 

Görüşün 44-cü dəqiqəsində AZAL hesabı bərabərləşdirməyə yaxın olub. Freddi Mombonqo 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib.

 

“Simurq” – AZAL - 1:0

Qol: Draqan Çeran, 37 (p).


Xatırladaq ki, oyun günü “Neftçi” – “Bakı” və “Xəzər Lənkəran” – “Sumqayıt” görüşləri ilə davam edir. Tura isə sabah keçiriləcək “Qarabağ” – “İnter” matçı ilə yekun vurulacaq.

Vüsal Məmmədzadə




Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!