6 Mart, 2015
ABŞ-dan Rusiya banklarına embarqo

ABŞ höküməti Rusiyanın iki bankına aid olan hesablarda ümumilikdə 640 milyon dollar həcmində vəsaiti dondurub.

Simsar.az-ın "Gazeta.Ru"-ya istinadən verdiyi məlumata görə, bu barədə bu gün The Wall Street Journal qəzeti yazıb.

Bildirilir ki, "Rossiya" bankına aid 572 milyon dollarlıq vəsaitlə yanaşı "SPM-Bank"-ın 65 milyonluq hesabına "blok" qoyulub.

Qeyd edək ki, hər iki finans quruluşu ABŞ-ın Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısına daxil edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!