30 Dekabr, 2014
74 uşaq, 62 qadın əsir alındı - İŞİD

“İŞİD” İraqın Azərbaycan türklərinin (Türkmənlərin) daha çox yaşadığı Telafer şəhərində aralarında ən kiçiklərinin 5 aylıq olduğu 74-ü uşaq, 62-si qadın, 136 nəfəri əsir götürüb.

Simsar.az xəbər verir ki, Suriyaya qaçırıldığı iddia edilən əsirlər arasındakı uşaqlardan xəstələnənlərin militanlar tərəfindən öldürüldüyü iddia edilib. Məlumatlara görə “İŞİD” hücumları nəticəsində minlərlə türkmən evindən, yerindən-yurdundan didərgin düşüb. Terrorçuların Köçəri həyat yaşamağa məcbur olan türkmənlərə hücum edərək 250 nəfərə yaxın insanı öldürdüyü açıqlanıb.

“İŞİD”in ən kiçiyi 5 aylıq olan, əksəriyyəti qız 74 uşaq ilə, yaşları 18-35 arasında dəyişən 62 türkmən qadını “Yetim Təhsil Evi” adı altında açdığı mərkəzdə saxladığı bildirilib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!