22 Aprel, 2011
Ordumuzun giziri yaralandı

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun gizirini yaralayıblar

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb. APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam rayonu istiqamətində qeydə alınıb.

Ermənilərin atəşkəsi pozması nəticəsində ordumuzun giziri, 1982-ci il təvəllüdlü Anar Əli oğlu Süleymanov düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan gizir hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Bildirib ki, gizirin vəziyyəti kafidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!