8 Dekabr, 2014
Abışov “Rubin”ə qayıdır

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov yenidən müqavilə ilə məxsus olduğu Rusiyanın "Rubin" klubuna qayıtmağa hazırlaşır. Simsar.az Azerisort.az-a istinadən xəbər verir ki, hazırda icarə əsasında "Qəbələ"də çıxış edən futbolçu Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "İnter"ə qarşı oyundan sonra Azərbaycanı tərk edəcək.

Çünki "Rubin"lə "Qəbələ" arasındakı icarə müqaviləsi məhz dekabrın sonuna qədərdir. Abışov Kazana gedəcək və komandasının təlim-məşq toplanışında iştirak edəcək. Futbolçumuzun taleyinə məhz həmin toplanış vaxtı aydınlıq gətiriləcək. İstisna deyil ki, məşqçilər korpusu yenə onun "Rubin"də qalmasını istəməsinlər və futbolçumuz karyerasını başqa klubda davam etdirsin.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!