21 Aprel, 2011
Pyer Karden bu il Azərbaycana gələcək

Məşhur fransız modelyer Pyer Karden öz məhsullarını bizə təqdim edəcək

Məşhur fransız modelyer Pyer Karden bu il Azərbaycana gələcək. Simsar.az -ın məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb. Modelyer bu il Azərbaycanla yanaşı, Rusiya, Braziliya, Yunanıstan və Çinə də səfər etməyi planlaşdırır.

Səfərlərin təfərrüatları dəqiqləşdirilir. Rusiya missiyasının müddəti artıq məlumdur. İyunun 7-də Moskvada "Pyer Karden Günü" keçiriləcək, iyunun 8-10-da estafeti Kaluqa şəhəri qəbul edəcək.

Əlaqələr qurmaq Pyer Kardenin həyat prinsipidir. O, YUNESKO-nun xoşməramlı səfiri, əksər akademiyaların akademiki, Paris Teatrının rəhbəri olmaqla, hər il dünya ölkələrinə çoxsaylı səfərlər edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!