27 Noyabr, 2014
Dəm qazından zəhərlənənlərin sayı artır - Oqtay Şahmalıyev

“Havaların soyuq keçməsi ilə əlaqədar Bakıda dəm qazından zəhərlənənlərin sayı artıb”.

Bunu Simsar.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini  Oqtay Şahmalıyev deyib.

O bildirib ki, havaların soyumasından sonra gün ərzində 3-4 nəfər dəm qazından zəhərlənmə ilə təcili tibbi yardıma müraciət edib. Noyabrda quruma orta hesabla 60-70 müraciət daxil olub: “Vətəndaşlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar. Dəm qazından zəhərlənmə hiss etdikdə təcili yardım çağırılmalıdır. Dəm qazından zəhərlənən şəxs təmiz havaya çıxarılmalıdır”.

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!