24 Noyabr, 2014
Tural Abbaslı: “Qubad bəylə ciddi görüş keçirəcəyik” – BAŞQAN HƏDƏFDƏ

“Partiya daxili məsələlərin bu dərəcədə gərginləşməsinin arxasında İsa Qəmbər dayanmır”.

Bunu Simsar.az-a Müsavat Partiya başqanlığına keçmiş namizəd Tural Abbaslı İsa Qəmbərin son çıxışına münasibət bildirərkən deyib.

T. Abbaslının sözlərinə görə, İsa Qəmbərin seçilmiş rəhbəri dəstəkləməsi və onun mövqeyindən çıxış etməsi təbii haldır. Amma o, istənilən halda çəkişmənin arxasında sabiq başqanın dayandığını düşünmür: “İsa bəy dünən çıxış edəndə fraksiyanın əleyhinə olduğunu dedi. Lakin fraksiyanın nizamnamənin əleyhinə olmadığını vurğuladı.  O, dünən bildirdi ki, mövqeyini tam açıqlamayıb, əsas fikirlərini bildirməyib. Zamanı çatanda deyəcək… Mən, onun mövqeyini və səslədirəcəyi fikirləri gözləyirəm. Çünki bu mənim üçün olduqca  maraqlıdır”.

Qubad İbadoğluyla ayaqüstü söhbət etdiklərini deyən sabiq namizəd bildirib: “Qubad bəyin öz fikirləri var. Mən nə onun, nə də Arif Hacılının tərəfdarı deyiləm. Hələ ki, Qubad bəylə fraksiya məsələsində müttəfiqik. Amma partiya daxili məsələrə yanaşmada fikir ayrılığımız var”.

Onun sözlərinə görə, müşavirədən sonra oturub müttəfiqi ilə birlikdə müzakirə aparmayıblar: “Salamatçılıq olsun, 3-cü və ya 4-cü gün Qubad bəylə ciddi görüş keçirəcəyik”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!