15 Aprel, 2011
Həkimlərdən 97 faizi imtahandan keçdi

İmtahanlarda ümumilikdə 109 həkim iştirak edib

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli olub

Simsar.az-ın məlumatına görə, 13.04.2011-ci il tarixində terapiya və epidemiologiya ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 109 həkim iştirak edib. İştirakçılardan 7 həkim 100 bal toplayaraq, ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 106 nəfər (97%) uğurlu nəticələr əldə edib. 

Növbəti test imtahanları travmatologiya, narkologiya və genetika ixtisasları üzrə 20.04.2011-ci il tarixində keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!