7 Oktyabr, 2014
"Neftçi"də şok ayrılıq

"Neftçi" Bruno Bertuççi ilə yollarını ayırıb.

Simsar.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, braziliyalı futbolçunun müqaviləsinə onun öz müraciətindən sonra xitam verilib. Gedişin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, 2009-cu ildə Braziliyanın U-20 milli komandasının heyətində 7 oyun keçirən və 1 qol vuran Bertuççi “Korintians” (Braziliya) və “Qrashopper” (İsveçrə) kimi klublarda çıxış edib. 2012-ci ildən “Neftçi”nin formasını geyinən futbolçu ölkəmizdə 80 oyun keçirib və 3 qol vurub. O, Bakı klubu ilə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olmaqla yanaşı, Avropa Liqasının qrup mərhələsi oyunlarında da iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!