2 Oktyabr, 2014
Mədəniyyət və Turizm Nazirliyində Çexiya səfiri ilə görüş olub

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka ilə görüşüb

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Nazir müavini hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləməsini və ikitərəfli əlaqələrin sürətlə inkişaf etməsini məmnunluqla ifadə edib.

Görüşdə səfir “Hot&Cold. Drinking glasses and porcelain from Central Europe” adlı sərginin təşkilinə nazirlik tərəfindən kömək göstərilməsini arzulayıb.

Nazir müavini sərginin təşkilinə mümkün köməyi göstərəcəklərini bildirib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!