23 Sentyabr, 2014
“Virusa 2480 baş heyvan yoluxub” – Baytarlıq Xidməti

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) “Nodulyar dermatit” virusu ilə bağlı son vəziyyəti açıqlayıb.

Xidmətin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli Simsar.az-a deyib ki, heyvanlar arasında “Nodulyar dermatit” xəstəliyi ilə bağlı  vəziyyət DBX-nın nəzarəti altındadır. Xəstəlik yayılandan 24 rayonda qeydə alınıb. Virusa yoluxmuş 2480 baş heyvandan   2124-ü tam sağalıb.

Onun sözlərinə görə, 245 baş iribuynuzlu heyvan müalicə altındadır, 30-u isə tələf olub.

Qeyd edək ki, 20 gün əvvəl “Nodulyar dermatit" virusu 1741 iribuynuzlu heyvanda və 10 rayonda müşahidə edilmişdi.

Aysel Kərimova

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!