16 Sentyabr, 2014
Ali Radadan QƏRAR - Ukrayna ruslara güzəştə gedir

Ukrayna parlamenti separatçılığın hökm sürdüyü Donbass bölgəsinin bəzi rayonlarına xüsusi statusun və separatçılar haqda amnistiya aktına dair qanun layihələrini qəbul edib.

Simsar.az-nın yerli mediaya istinadən verdiyi məlumata görə, qapalı şəkildə keçən iclasda bölgənin Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarına, yəni hazırda separatçıların nəzarətində olan ərazilərə yerli idarəetmə ilə bağlı 3 il müddətinə xüsusi statusun verilməsi haqqında, o cümlədən ölkənin şərqindəki hadisələrin iştirakçılarına amnistiya barədə qanun layihəsini qəbul edib.

Qeyd edək ki, ölkədə Poroşenkoya müxalif olan qüvvələr bu qanun layihələrini Ukraynanın Rusiyaya güzəşti kimi xarakterizə edirlər.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!