15 Sentyabr, 2014
Əsədə ZƏRBƏ – Ən təhlükəli adamı öldürüldü

Bəşər Əsədin ən təhlükəli adamlarından biri, hava qüvvələrinin kəşfiyyat direktoru öldürülüb. Ərəb dünyasında geniş əks-sədaya səbəb olan xəbər, müxalifləri sevindirsə də Əsəd rejimi üçün ağır zərbə olub.

Səudiyyə Ərəbistanının Əl-Arabiya kanalının yaydığı xəbərə görə,  Əsədin Hava qüvvələrinin səlahiyyətli kəşfiyyat müdiri, müxaliflər tərəfindən öldürülüb.

"Əbu əl-Lis" ləqəbiylə xatırlanan Rza Əbu Mahlufun öldürüldüyü xəbəri, rejim tərəfdarı qəzetlərində də nəşr olunub. Mahlufun Şam çölündə davam edən qarşıdurmalar əsnasında öldürüldüyü ifadə edilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!