Bəşər Əsədin ən təhlükəli adamlarından biri, hava qüvvələrinin kəşfiyyat direktoru öldürülüb. Ərəb dünyasında geniş əks-sədaya səbəb olan xəbər, müxalifləri sevindirsə də Əsəd rejimi üçün ağır zərbə olub.
Səudiyyə Ərəbistanının Əl-Arabiya kanalının yaydığı xəbərə görə, Əsədin Hava qüvvələrinin səlahiyyətli kəşfiyyat müdiri, müxaliflər tərəfindən öldürülüb.
"Əbu əl-Lis" ləqəbiylə xatırlanan Rza Əbu Mahlufun öldürüldüyü xəbəri, rejim tərəfdarı qəzetlərində də nəşr olunub. Mahlufun Şam çölündə davam edən qarşıdurmalar əsnasında öldürüldüyü ifadə edilib.