12 Sentyabr, 2014
Köməksiz qalan azyaşlı xilas olundu

Sumqayıt şəhərində azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumatına görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından 4-cü mərtəbədə yerləşən mənzilə eyvandan enərək daxil olub.

Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!