23 Avqust, 2014
Bakıda qadın alverçisi tutuldu

Qadınları əxlaqsızlığa sövq edən qadın hüquq mühafizəçiləri tərəfindən tutulub

Bakıda qadınları aldadaraq Rusiyaya aparan qadın alverçisi yaxalanıb.

Simsar.azın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən aparılıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sima Nəsirovasaxlanılıb.

Müəyyən olunub ki, Sima Nəsirova gəlir əldə etmək məqsədilə qadınları Rusiya Federasiyasına aparırmış. O, qadınları Rusiyada cinsi istismara məruz qoyub.

Faktla bağlı araşdırma aparılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!