22 Avqust, 2014
Deputatlar parlamenti boykot etdilər

Pakistanın müxalifət partiyası Tehrk-i-İnsaatın bütün deputatları parlamentdən çıxdığını bildirib.

Simsar.az-ın məlumatına görə, keçmiş kriket oyunçusu, indi isə bu partiyanın sədri olan İmran Xan bununla parlamentin avqustun 21-də verdiyi qərara etirazını bildirir.

Parlament İmran Xanın çağırışı ilə küçə nümayişlərinin baş nazir Navaz Şərifi zorla istefaya göndərməsi səylərini konstitusiyaya zidd adlandırıb.

İslamabadda İmran Xanın və populist dini lider Ul-Qadrinin çağırışları ilə müxtəlif nümayişlər gedir. Onların məqsədi baş nazirin istefasıdır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!