21 Avqust, 2014
Bakıda iki ardıcıl qəza – Fotolar

Suraxanı yolunda, Zabrat istiqamətində iki qəza hadisəsi baş verib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, “Kia Kadenza” markalı avtomobili marşrut avtobusu vurub və səki kənarındakı dirəklərə sıxıb.

Hadisədən az sonra isə eyni məkanda daha bir qəza yaşanıb. “Opel” markalı avtomobil yüksək sürət səbəbindən idarəetməni itirib və yol arakəsməsinə çırpılıb.

Xoşbəxtlikdən, hər iki hadisə xəsarətsiz nəticələnib.

DYP əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!