14 Avqust, 2014
“Partizan” – “Neftçi” oyunu türk hakimə tapşırıldı

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) – “Neftçi” (Azərbaycan) oyununun hakimləri müəyyənləşib

Simsar.az xəbər verir ki, Azərbaycan kubokunun qalibinin oyunu türkiyəli ədalət təmsilçilərinə tapşırılıb.

Avqustun 21-də baş tutacaq görüşü Hüseyin Göçek idarə edəcək. 38 yaşlı referi 2008-ci ildən FİFA hakimidir. Türkiyəli UEFA-nın 1-ci kateqoriyasına daxildir.

Baş hakim: Hüseyin Göcek

Baş hakimin köməkçiləri: Mustafa Emre Eyisoy, Orkun Aktas

Dördüncü hakim: Süleyman Abay (hamısı Türkiyə)

UEFA nümayəndəsi: Joao Morais (Portuqaliya)

Hakim-inspektor: Adrian D. Kaşa (Malta)

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!