13 Avqust, 2014
Olimpiyadaya 3 gün qaldı

Çinin Nanjinq şəhərində Yeniyetmələr arasında II Yay Olimpiya Oyunlarına sayılı gün qaldı. Goal.az Apasport.az-a istinadən xəbər verir ki, 14-18  yaşlılar arasında  keçiriləcək Olimpiadada 204 ölkədən 3600 idmançı iştirak edəcək. 28 idman növündə 222 medal uğrunda  keçiriləcək turnirdə ölkəmiz 7 idman növündə mübarizə aparacaq. Nanjinq-2014-də güləş, taekvondo, boks, üzgüçülük, atletika, akademik avarçəkmə və cüdo yarışlarında 19 təmsilçimiz ölkəmizin himnini səsləndirməyə çalışacaqlar.

Nanjinq-2014-ə komandamız aşağıdakı heyətlə gedir:

Teymur Məmmədov, sərbəst güləş (63 kq)

İqbal Hacızadə, sərbəst güləş (100 kq)

Leyla Qurbanova, qadın güləşi (52 kq)

Cabbar Nəcəfov, yunan-Roma güləşi (50 kq)

İslambek Dadov, yunan-Roma güləşi (69 kq)

Səid Quliyev, taekvondo (73 kq)

Gülhanım Yeşildağ, taekvondo (55 kq)

Ceren Özbek, taekvondo (44 kq)

Safiye Polat taekvondo (49 kq)

Məhəmmədəli Tahirov, boks (+91 kq)

Rüfət Hüseynov, boks (49 kq)

Məsud Yusifzadə, boks (52 kq)

Elvira Həsənova, üzgüçülük, sərbəst üsulla

Nazim Babayev, atletika, 3 təkanla tullanma

Benafeta Hadiyes, qaçış, 3000 metr

Yelena Qladkova, atletika, şüvüllə tullanma

Boris Yotov, akademik avarçəkmə

Natiq Qurbanlı, cüdo (55 kq)

Leyla Əliyeva, cüdo  (44 kq)

 

Qeyd edək ki, Olimpiyadanın rəsmi açlış mərasimi avqustun 16-da olacaq. Ancaq sabahdan futbol yarışları start götürəcək. Turnirin bağlanış mərasimi isə avqustun 28-də olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!