1 Aprel, 2011
Yağış yağacaq

Bakı və Abşeron yarımadasında aprelin 2-də buludlu hava şəraiti üstünlük təşkil edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, fasilələrlə qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal küləyi əsəcək, axşam mülayimləşəcək. Gecə 3-5 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq.

Aprelin 3-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən, səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 2-də fasilələrlə yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 11-16, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti.

Aprelin 3-də, əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!