1 Avqust, 2014
“Ağdamın işğalı günü hamı yeyib-içirdi” – “Dostlar”dan TƏKZİB

Xəbər vermişdik ki, bir neçə müğənni və qrup, bu gecə paytaxt restoranlarının təşkil etdiyi şou-proqramlarda iştirak edəcəklər. İştirakçılar arasında adı olan “Dostlar” qrupu, məsələyə münasibət bildirib.

Simsar.az-a açıqlama verən qrupunun prodüsseri Tural Nəbiyev, heç bir restoranın şou-proqramında iştirak etməyəcəklərini deyib. “Ümumiyyətlə, bizim bu gün heç bir restoranda, heç bir şou-proqramda iştirakımız olmayacaq”.

Prodüsser əlavə etdi ki, şou-proqramlar, əyləncəli verlişlər rayonlarımızın işğalı günləri də yığışdırılmalıdır: “Bu yaxınlarda Ağdamın işğalı günü idi, bütün telekanallarda əyləncəli verlişlər getdi efirə, restoranlarda şou-proqramlar təşkil edildi, amma kimsə buna reaksiya vermədi”.

Qeyd edək ki, Simsar.az informasiyanı restoranların verdiyi məlumat əsasında əldə etmişdi.

Vüsal Qarayev

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!