31 İyul, 2014
UEFA “Qarabağ” haqda geniş məqalə dərc etdi

“Zalsburq” üzərində qələbədən sonra “Qarabağ” Avropanın diqqət mərkəzinə düşüb

Simsar.az xəbər verir ki, UEFA-nın klub haqqında dərc etdiyi məqalədə “Qarabağ”ın tarixi, nailiyyətləri, hazırkı heyəti ilə bağlı məlumatlar yer alıb. Oyun üslubu ilə “Barselona”nı xatırlatdığı bildirilən yazıda komandanın daha çox 4-3-3, 4-5-1 və ya 4-6-0 taktiki sxemləri ilə meydana çıxdığı haqqında məlumat verilib. Oyun üslubuna görə “Qafqazın Barselonası” kimi tanınan komandanın ləqəbinin “Köhlən atlar” olduğu yazılıb. Klubun işğal edilmiş Ağdam rayonunu təmsil etdiyi də məqalədə xüsusi vurğulanıb.

Baş məşqçi Qurban Qurbanovun az təcrübəsi olmasına baxmayaraq, yetərincə uğura nail olduğu və azarkeşlər tərəfindən çox sevildiyi də bildilirib.

Komandanın əsas oyunçuları kimi isə Reynaldo, Almeyda, Çumbinyo və Danilo Diasla yanaşı, təcrübəli oyunçu Rəşad Sadıqovun da adı çəkilib.

 

Vüsal Məmmədzadə

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!