22 İyul, 2014
Usta ev sahibini öldürdü

Nəsimi rayonunda törədilən daha bir qətlin üstü açılıb. Belə ki, iyulun 11-də 31 yaşlı qadın yaşadığı mənzildə zorakılıqla qətlə yetirilib. Keçirilən istintaq tədbirləri nəticəsində məlum olub ki, Natavan Əliyeva 26 yaşlı Quba sakini Tahirov Tərlan tərəfindən öldürülüb. Baş Prokurorluqdan Simsar.az-a verilən məlumata görə, o, tamah məqsədilə iyulun 10-da əvəllər mebel quraşdırdığı mənzilə gəlib. Və üstündə gəzdirdiyi bıçaqla ev sahibi Əliyevanın bədəninə çoxsaylı xəsarətlər yetirib. Daha sonra mənzildə axtarış apararaq qadına məxsus qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçıb.

Dindirilmə zamanı T. Tahirov törətdiyi qətli etiraf edib.

Hazırda iş üzrə tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə istintaq davam etdirilir.

 

Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!