29 Mart, 2011
ATƏT rəhbəri mayın 12 -də bakıda olacaq

ATƏT Parlament Assambleyasının prezidenti Petros Eftimiu mayın 12-də Azərbaycana gələcək

Bu barədə APA-ya ATƏT PA-nın katibliyindən məlumat verilib. 

P. Eftimiu mayın ilk yarısında Cənubi Qafqaz bölgəsinə səfərə çıxacaq. Səfər Ermənistandan başlayacaq. P. Eftimiu mayın 9-da Ermənistana gedəcək, 12-13 mayda Azərbaycanda olacaq, 14-də isə Gürcüstana yollanacaq.

Xatırladaq ki, P. Eftimiu 2010-cu ilin iyulunda ATƏT PA-nın prezidenti seçilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!