14 İyul, 2014
İŞİD yeni iri neft yataqları ələ keçirdi

“İraq və Şam İslam Dövləti” (İŞİD) qruplaşması Suriyanın şərqində yerləşən Deyr-əz-Zor şəhərini ələ keçirib.

Simsar.az-ın məlumatına görə, beləliklə, silahlı qruplaşma İraq yaxınlığında yerləşən iri neft yataqları üzərində nəzarətini möhkəmlədib.

Suriya fəallarının sözlərinə görə, İŞİD həmin ərazidən digər islamçı qruplaşmaları, o cümlədən “Əl-Qaidə” ilə əlaqəli “Ən-Nusra” cəbhəsini çıxarıb.

Bildirilir ki, İŞİD üzvləri cəbhənin yerli bölməsinin liderini öldürüblər, onun cəsədinin fotosunu internetə yerləşdiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!