14 İyul, 2014
“Sovetski” tarixdən beləcə silinir - SON GÖRÜNTÜLƏR

“Sovetski” məhəlləsi Sovetin tozlu səhifələrinə gömülür...

Bakının  Nəriman Nərimanov prospektindəki, hamının “Sovetski” kimi tanıdığı məhəllədə evlərin söküntüsünə artıq başlanılıb. Bir müddət əvvəl Sovetskinin söküləcəyi ilə bağlı qərar açıqlanmışdı (http://simsar.az/news/a-29531.html). Bununla bağlı etiraz aksiyaları da oldu (http://simsar.az/news/a-46910.html). Amma bunların heç biri tarixi məhəllənin sökülməsinin qarşısını ala bilmədi. Hələ də burada yaşayan əhalinin narazılıqları davam edir. Sakinlərin bildirdiyinə görə, ərazisi kiçik evlərlə bağlı hələ də bir tədbir görülməyib. Standart qiymət, yəni 1m² sahəyə 1200 manat ödənilir. Baş nazirin müavini Abid Şərifov isə ötən ay məsələyə münasibətini bildirib (http://simsar.az/news/a-51947.html).

Məsələ həll olunacaq, “Sovetski” söküləcək. Amma bu söküntünün kimi razı salacağını zaman göstərəcək.

Və budur “Sovetski” də tarix olur...

Nurana Novruz

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!