Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Abid Şərifov “Sovetski”dəki sahəsi kiçik evlərdən danışdı

Baş nazirin müavini Abid Şərifov Bakının “Sovetski” məhəlləsində sahəsi kiçik olan evlərlə bağlı məsələyə aydınlıq gətirib.

A.Şərifov açıqlamasında bildirib ki, bu məsələ hökumətin gündəmindədir: “Sadəcə, “Sovetski” məhəlləsində inventarlaşma prosesinin başa çatması gözlənilir”.

Qeyd edək ki, martın 3-də “Sovetski” məhəlləsinin köçürülməsi ilə bağlı yaradılmış Köçürmə Komissiyası və “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı 7 nəfərlik Təşkilat Komitəsinin üzvlərinin görüşündə A.Şərifov deyib ki, köçürmə ilə bağlı hökumətin 1 kv. m üçün 1500 manat təklifi qüvvədə qalacaq. O, mənzilinin sahəsi az olan, veriləcək pula yeni mənzil alması mümkün olmayan sakinlərlə bağlı da düşündüklərini və hökumətin bu məsələni nəzərə alacağını bəyan edib.

A.Şərifov açıqlamasında “Sovetski” məhəlləsində inventarlaşma prosesinin bir aya-ayyarıma başa çatacağını gözlədiklərini söyləyib: “Bakının “Sovetski” məhəlləsində sahəsi kiçik olan evlərlə bağlı məsələ təxirə düşməyib. İnventarlaşma prosesi başa çatandan sonra Maliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti ilə bir araya gəlib, sahəsi kiçik olan evlərlə bağlı təklif hazırlayacağıq”(APA).






4 İyun, 2014  11:01 Baxılıb: 980 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner