23 İyun, 2014
Əli Abbasov Böyük Britaniyaya getdi

Londonda “Böyük Britaniya - Azərbaycan yüksək texnologiyalar” forumu keçiriləcək

Bu gün Londonda  “Qlobal İnternet İdarəçilik Forumu”nun Nazirlər toplantısı öz işinə başlayıb.  Böyük Britaniya mədəniyyət rabitə və kreativ sənaye nazirinin və “Qlobal İnternet İdarəçilik Forumu”nun baş katibinin dəvəti ilə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti bu toplantıda iştirak edir.

Simsar.az-ın məlumatına görə sabah nazir Əli Abbasov Böyük Britaniya hökumət rəsmiləri və  bir sıra texnoloji şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək, iyun ayının 25-də isə “Böyük Britaniya - Azərbaycan yüksək texnologiyalar” forumu öz işinə başlayacaq.

Qeyd edək ki, forumda 30-dan çox Azərbaycan və Böyük Britaniya şirkətləri iştirak edəcək, qarşılıqlı əlaqələr və  gələcək perspektivlər müzakirə olunacaq.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!