8 Aprel, 2014
Avtobus qəzasında sürücü ölüb, 20-dən çox yaralı var – YENİLƏNİB

Sumqayıt şəhərində ağır yol qəzası baş verib

Sumqayıt şəhərində baş verən yol qəzasında avtobus sürücüsü ölüb, 20-dən çox yaralı var. Ölən şəxs avtobusun sürücüsü Ramiz Qurban Oğlu Muradovdur. O, hadisə yerindəcə dünyasını dəyişib. Bunu Simsar.az-a Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Arif Yusifov deyib. O, Simsar.az-a açıqlamasında hələki yaralananların araşdırıldığını, dəqiq məlumat almağa çalışdıqlarını bildirib.

Qeyd edək ki, bu gün saat 17 radələrində  Sumqayıt Texnologiya parkının yanında 3 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “SHACKMAN” markalı yük avtomobili ilə toqquşub.

***

18:02

Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, yol qəzası bu gün saat 17 radələrində  Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb.

3 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “SHACKMAN” markalı yük avtomobili ilə toqquşub.

Polisdən qəza nəticəsində ölən və xeyli sayda yaralı olduğu bildirilir.

Simsar.az

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!