28 Fevral, 2011
Müxalifət mitinq edə biləcəkmi?

Martın 12-də ümumrespublika aksiyası keçirilməsinə meriya icazə verməsə, aksiyanın baş tutmamaq ehtimalı çoxdur

Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Divan martın 12-də ümumrespublika mitinqinin keçirilməsinin məqsədəuyğun olması barədə qərar qəbul edib. Həmçinin qərara alınıb ki, mitinq keçirilməsinə 5 gün qalanadək-martın 7-dək siyasi tərəfdaşlarla müzakirələr aparılsın. 

Kütləvi aksiyaların keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada aksiyadan 5 gün əvvəl müraciət olunacaq. Mitinq üçün hansı meydanın seçiləcəyi isə İcra Hakimiyyətinə məktub göndərilənədək müəyyənləşdiriləcək.

Müxalifət partiyaları mitinq edəcəkləri ilə bağlı  dəfələrlə elan versələr də, BŞİH-yə ünvanladıqları icazə məktubuna müsbət cavab almadıqlarına görə, aksiyaları təxirə salmağa məcbur olublar.

Bu dəfə necə, aksiya baş tutacaqmı? hələ ki bu sualın cavabı açıq qalır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!