9 Oktyabr, 2013
ABŞ-dan Samsunga – QADAĞA

Samsung telefonları və planşetləri ABŞ-da idxal qadağası ilə qarşılaşacaq

Apple şirkətinin bir sıra patentlərinə görə bəzi köhnə Samsung vasitələri ABŞ-da qadağan olunacaq.
Avqust ayında keçirilən ABŞ Beynəlxalq Ticarət Komissiyasının yoxlaması zamanı aşkarlanıb ki, Samsung Apple-a aid olan iki patenti pozub. Məhkəməni uduzan Samsung şirkətinin bəzi məhsullarına idxal qadağası qoyulmalı idi, lakin qadağa apellyasiya məhkəməsinə qədər təxirə salındı.
Bir sıra patentlər üzrə ABŞ rəsmisi Samsung-un apellyasiya müraciətini rədd edib. Bu o deməkdir ki, idxal qadağası qüvvəyə minəcək.

Son 10 il ərzində Apple və Samsung arasında patentlər üzərində tez-tez mübahisələr baş verir.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!