9 Fevral, 2011
Metyu Brayza etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, etimadnaməsinin surətini təqdim edən M. Brayza Azərbaycana səfir təyin olunmasından məmnun olduğunu deyib. Ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq, ABŞ-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib. 

E. Məmmədyarov Azərbaycana səfir təyin olunması münasibətilə M. Brayzanı təbrik edərək işlərində müvəffəqiyyətlər arzulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!