23 Dekabr, 2010
Bakıda İnformasiya Texnologiyaları Universiteti yaradılacaq
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov

Azərbaycan hökuməti 2020-2025-ci illərədək ölkənin İKT sektorundan gəlirlərinin neft gəlirlərini ötüb keçəcəyini proqnozlaşdırır.

APA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “İnkişafın Azərbaycan modeli - Neftdən sonrakı inkişaf” kitabının təqdimatında bildirib: “2020-2025-ci illərdə Azərbaycanda İKT gəlirləri neft gəlirlərini üstələməlidir. İndi biz bunun üçün çalışırıq”.

Nazirin sözlərinə görə, bunun üçün İKT sektoruna daxili və xarici investisiyalar, xüsusilə iri xarici investisiyalar cəlb olunmalı, məhsul ixracı genişləndirilməli, Azərbaycanın başqa ölkələrdə də işləyə bilən transmilli şirkətləri yaradılmalı və onların fəaliyyəti aktivləşməli, İKT xidmətldərinin həcmi artırılmalı – internet bankçılıq və başqa xidmətlər yayılmalıdır. Nazir bu sahədə atılması vacib olan əsas addımlardan biri kimi İKT bazarında fiskal siyasətin və hüquqi bazanın dəyişməsini qeyd edib.

Onun sözlərnə ögrə, İKT sektorunun inkişafı üçün bu sahəyə gömrük və vergi güzəştləri tətbiq edilməli, bazar iştirakçıları üçün daha sərfəli pul-kredit şərtləri, əlverişli rəqabət mühiti yaradılmalı, investisiyaların qorunması təmin edilməlidir. Ə.Abbasov İKT-nin bundan sonrakı inkişafı üçün lazım olan işlər arasında intellektual insan potensialının yaradılmasını da qeyd edib. Bu sahədə görülən işləri qeyd edən nazir ölkədə İnformasiya Texnologiyaları Universitetinin yaradılması üzərində iş aparıldığını bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!