22 Dekabr, 2012
Xaçmazda ağır yol nəqliyyat hadisəsi baş verib

.

Simsar.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün saat 19.00 radələrində Qəndob-Yalama yolunun 25-ci kilometrliyində, Xaçmaz-Bakı yolu istiqamətində hərəkət edən Xaçmazın Usta Cəlilli kənd sakini Gülmirzə Xəlil oğlu İbrahimovun idarə etdiyi VAZ 2106 avtomobili ilə yolu keçmək istəyən piyada, 1963-cü il təvəllüdlü rayonun Qımılqışlaq kənd sakini Nizam Güləli oğlu Şamatovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. 

 

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşən Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, piyadanın ölümünə səbəb onun avtomobilin hərəkət etdiyi yola çıxması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!