17 Oktyabr, 2012
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günü qeyd edilir

.

BMT Baş Assambleyası oktyabrın 17-ni 1992-ci il 22 dekabr tarixli qərarı ilə Beynəlxalq Yoxsulluqla Mübarizə Günü olaraq təyin edib. BMT bütün dünya ölkələrini bu gün yoxsulluqla mübarizə yollarına həsr edilmiş tədbirlər keçirməyə dəvət edib, - “RİA Novosti” xəbər verir.

Müəyyən inkişafa baxmayaraq, XXI əsrdə də yoxsulluq ciddi qlobal problemlərdən biri olaraq qalır. Hazırda planetdə yaşayan 6 milyard insanın 2,8 milyardı günə 2 dollardan az məbləğə yaşayır. 1,2 milyard insan isə günə 1 dollardan da aşağı məbləğlə dolanır.

Dünyada 800 milyon insan minimal qida üçün vəsait əldə edə bilmir. Yarım milyard insan isə aclıqdan əziyyət çəkir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!