6 Avqust, 2012
II qrupun keçid balı bu gün müəyyənləşəcək

Abituriyentlər imtahan nəticələri barədə məlumatı iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər

“II ixtisas qrupu üzrə keçid balı bu gün axşam məlum olacaq”.

 Bunu Simsar.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib. 

E. Nağızadənin sözlərinə görə, qeyd olunan ixtisas üzrə keçid balının 250 bal olması gözlənilir: “II ixtisas üzrə keçid balı təxminən 250 bal olacağı gözlənilir. Lakin daha dəqiq günün ikinci yarısında məlum olacaq”.

TQDK avqustun 3-də 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə 2-ci ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. 2012-ci ildə II qrup üzrə 22867 abituriyent ərizə təqdim edib. İmtahan respublikanın 6 şəhərində - Bakıda 22, Naxçıvanda 2, Gəncədə 5, Sumqayıtda 4, Şəkidə 3, Lənkəranda 3 binada baş tutub.

Qeyd edək ki, imtahanda istifadə olunmuş sualların bütün variantlar və bölmələr üzrə düzgün cavabları, eləcə də balların hesablanması proqramı artıq TQDK-nın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə bilirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!