3 May, 2012
Metropoliten "Eurovision-2012"-yə hazırdır

Böyük sərnişin axının daşınması yüksək səviyyədə təmin ediləcək

Bakı Metropoliteni "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə Bakıda müşahidə olunacaq böyük sərnişin axınının daşınmasını yüksək səviyyədə təmin edəcək. Bu barədə cümə axşamı Simsar.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bildirib.

"Bakı Metropoliteninin stansiyalarının əməkdaşları əcnəbi turistlərin böyük axını ilə işləmək üçün xüsusi kurslar keçiblər", - o deyib.

Onun sözlərinə görə, Bakı Metropoliteni təhlükəsizlik qaydalarına xüsusi yanaşma ilə fərqlənir.

"Paytaxtda müsabiqənin keçiriləcəyi dövrdə təhlükəsizlik həmişə olduğu kimi, yüksək səviyyədə təmin olunacaq", - Tanrıverdiyeva bildirib.

"Eurovision" müsabiqəsi dövründə Bakı Metropoliteninin iş rejiminə gəldikdə, o qeyd edib ki, metropoliten rəhbərinin qərar qəbul edəcəyi halda xüsusi iş rejimi tətbiq ediləcək.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 23 stansiyaya malikdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!