28 Mart, 2012
AZƏRBAYCANLI YAZIÇI "NOBEL" MÜKAFATI ALA BİLƏR

Artıq onun namizədliyi qeydə alınıb

Azərbaycan yazıçısı Kamal Abdullanın "Nobel" mükafatına namizədliyi qeydə alınıb. Bu barədə Simsar.az-a Azərbaycan Yazıçılar Birliyindən bildiriblər.

Məlumata görə, Azərbaycan yazıçısı, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla "Nobel" mükafatına, əsasən, "Yarımçıq əlyazma" romanına görə namizəd kimi qeydə alınıb.

Ədəbiyyat sahəsi üzrə təqdim olunacaq "Nobel" mükafatı üçün əvvəlcə uzun, sonra isə qısa namizədlər siyahısı tərtib olunacaq. Mükafat öz sahibinə dekabr ayında təqdim olunacaq.

Kamal Abdulla yazıçı, şair, ədəbi tənqidçi, alim, filologiya elmləri doktoru (1985), professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!