15 Mart, 2012
Universitetlərimiz 600-lərin sırasına düşə bilmədi

 Harvard Universiteti yenə də birincidir

Martın 15-də dünyanın 600 ən yaxşı ali məktəbinin adları açıqlanıb. Simsar.az saytı xəbər verir ki, Böyük Britaniyanın “Times Higher Education” həftəliyinin tərtiblədiyi reytinqə ABŞ-ın Harvard Universiteti başçılıq edir. 

İkinci yeri Massaçusets Texnologiya İnstitutu (ABŞ), üçüncü yeri Kembric Universiteti (Böyük Britaniya) tutur.

Ən yaxşı ali məktəblərin ilk yüzlüyündə ABŞ-ın 44 universiteti var. Yaxşı ali məktəb sayına görə ikinci yeri Böyük Britaniya tutur (10).

Moskva Dövlət Universiteti 112-ci pillədə yer alır.

Reytinq 137 ölkədən olan 17 min 500 professor və müəllim arasında sorğu əsasında hazırlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!