20 Fevral, 2012
Paytaxtda qar gözlənilir

Yollar buz bağlayacaq

Bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi gözlənilir.

 Bu barədə Simsar.Az-a məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir qar yağacaq, günün ikinci yarısında tədricən kəsiləcək.

Güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq. Qeyri-sabit hava şəraiti fevralın 21-dək davam edəcək.

Azərbaycanın rayonlarında bu gün havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntı gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək, şimal-qərb küləyi arabir güclənəcək, havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15° şaxta olacağı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!