4 Fevral, 2012
Quba-Xınalıq yolu bağlı olaraq qalır

Yolda 8 yerdə qar uçqunu baş verib

Son günlər şimal bölgəsinə yağan güclü qar bir sıra problemlər yaradıb. Qubanın dağ kəndlərinə gedən yollar bağlanıb. 

 

Qar uçqunları səbəbindən Quba-Xınalıq yolu da artıq iki gündür bağlıdır. 

 

Qubadakı 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Soltanovun sözlərinə görə, yolda 8 yerdə qar uçqunu baş verib. Hazırda idarənin əməkdaşları və ağır texnikası yolun açılması istiqamətində tədbirlər görür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!