25 Oktyabr, 2011
Azərbaycan prezidenti Türkiyəyə getdi

O, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasında iştirak edəcək

Prezident İlham Əliyev oktyabrın 25-də Türkiyəyə səfərə yola düşüb. AzərTAc-ın məlumatına görə, dövlət başçısını paytaxtın hava limanında baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Səfərin əsas məqsədlərindən biri 2010-cu il sentyabrın 16-da təsis olunan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasında iştirakdır. Şuranın ilk iclasında Türkiyə nümayəndə heyətinə baş nazir Rəcəb Teyyub Ərdoğan, Azərbaycan nümayəndə heyətinə isə prezident İlham Əliyev rəhbərlik edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!