19 Sentyabr, 2011
Beynəlxalq kitab sərgisinə hazırlıq başa çatır

Tədbir sentyabrın 28-i başlayacaq 

II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən simsar.az-a verilən məlumatda sərgiyə hazırlıq işlərinin bitmək üzrə olduğu bildirilir.

Tədbirin şərtlərinə görə, sentyabrın 15-də iştirakla bağlı sənədlərin qəbulu başa çatıb. İndiyədək Azərbaycandan 88, xarici ölkələrdən 21 çap-poliqrafiya müəssisəsi və kitabxana qeydiyyatdan keçib.

Dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan sərgi sentyabrın 28dən 30-dək Əl Oyunları İdman Sarayında keçiriləcək.
Nazirliyin məlumatına görə, kitab sərgi-yarmarkasının zəngin proqramı var. Tədbir çərçivəsində kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar düzənlənəcək. Sərginin sonunda Təşkilat Komitəsi tərəfindən ən yaxşı nəşriyyat və ən yaxşı kitab mükafatlandırılacaq.

I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 2009-cu ilin sentyabrında Muzey Mərkəzində uğurla keçirilmişdi.

Arifə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!