1 Sentyabr, 2011
Gürcüstanın birinci xanımı Azərbaycana gəlir

Sandra Rulof ÜST-nin Avropa regional bürosunun 61-ci sesssiyasına qatılacaq

Gürcüstanın birinci xanımı Sandra Rulofs Azərbaycana gələcək. Bu barədə SalamNews-a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Gürcüstanın birinci xanımı Sandra Rulofsun Azərbaycana səfəri sentyabrın 11-12-də reallaşacaq,-deyə səfirlikdən bildiriblər.

Səfərdə əsas məqsəd həmin müddətdə Bakıda keçiriləcək Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun 61-ci sessiyasında iştirak etməkdir. Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi istisna edilmir.

Sandra Rulofsun Azərbaycana Gürcüstan nümayəndə heyətinin tərkibində gələcək. Bu tərkibə Gürcüstanın səhiyyə naziri daxildir.

Bildirək ki, ÜST-nin Avropa regional bürosunun 61-ci sessiyası sentyabrın 12-15-də Bakıda keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!